Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“.ru” zonasında 5 milyon domen qeydə alınıb


".ru" zonasında qeydiyyatdan keçən domen adlarının sayı 5 milyona çatıb. Bu barədə "Reg.ru" domen qeydiyyatçısının məlumatında deyilir.

Son ildə domenlərin sayı gah artıb, gah da azalıb və 4,9 milyon göstəricisini ötməyib. Lakin bu ilin sentyabrından etibarən vəziyyət dəyişib və zona müntəzəm artmağa başlayaraq noyabrın 5-də 5 milyonluq səviyyəyə çatıb. Qeydə alınan yubiley domen adı "roominstyle.ru" olub.

Qeyd edək ki, ".ru" domeni dünyanın iri milli domenlərindən biridir və qeydiyyatdan keçən ünvanların sayına görə altıncı yeri tutur. "Statdom.ru" şirkətinin məlumatına görə, ".ru" zonasının domen inzibatçıları 200 -dən çox ölkədə fəaliyyət göstərir, - "Qazeta"  yazır.  




07/11/15    Çap et