Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Google» internet şirkəti yeni «About Me» xidmətini istifadəyə verib.


«Google»un yeni xidməti istifadəçi haqda məlumat verəcək
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
«Google» internet şirkəti yeni «About Me» xidmətini istifadəyə verib.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, bir çox istifadəçilər «Google»un onlar haqda daha çox informasiyaya malik olmasından narahatçılıq keçirir. Yeni xidmət «Google» hesabı və müxtəlif xidmətlərlə («YouTube», «Google+», «Google Drive» və başqaları) bağlı məlumatları özündə birləşdirir. Bundan başqa, istifadəçi özü lazımi informasiyanı dəyişdirə və əlavə edə bilər.
 
 
«Google»un istifadəçi haqda bildiyi məlumatlar, həmçinin hədəf reklam üçün istifadə olunur.
 
 
Emil Hüseynov




13/11/15    Çap et