Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformatika müəllimləri arasında keçirilən “Ən yaxşı videotədris resursu” müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçiriləcək


İnformatika müəllimləri arasında keçirilən “Ən yaxşı videotədris resursu” müsabiqəsi qalibləri noyabrın 21-də təltif olunacaqlar. Təltifetmə mərasimi saat 11:00-da Bakı şəhəri, Binəqədi rayonu 283 saylı məktəbdə keçiriləcək.
 
 
Qeyd edək ki, şərtlərə əsasən, hər iştirakçıdan yalnız bir iş qəbul olunurdu.
 
Videomaterial Azərbaycan dilində olmalı; videoçarx informatika dərsliklərinin bir mövzusuna həsr olunmalı (mövzunun izahı verilməlidir); videoresursun “youtube.com” saytında yerləşdirilməsi və onun linkinin Təşkilat Komitəsinə göndərilməsi müsabiqənin əsas tələbləri olub.
 
 
Həqiqət İSABALAYEVA




13/11/15    Çap et