Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir ayda pensiya kalkulyatorundan “Elektron hökumət” portalı vasitəsilə 4036 dəfə istifadə olunub


Dövlət Sosial Müdafiə Fondunun “Pensiya kapitalı” elektron xidməti də oktyabr ayında ən çox istifadə olunan e-xidmətlər sırasında yer alıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay vətəndaşlar bu xidmətdən “Elektron hökumət” portalı üzərindən 4036 dəfə yararlanıblar.
 
Sözügedən e-xidmət vasitəsilə vətəndaşlar pensiya məbləğini hesablamaq imkanı əldə edirlər.
 
İstifadəçiləri fiziki şəxslər olan interaktiv növlü e-xidmət ödənişsiz göstərilir.
 
CAHANGİR




16/11/15    Çap et