Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Google» öz sosial şəbəkəsini yeniləyib


«Techcrunch» internet nəşri yazır ki, «Google» sosial şəbəkəsinin funksionallığını xeyli dəyişərək onu yeniləyib.
 
 
«ICTnews.az» saytı «lenta.ru» saytına istinadən yazır ki, şirkətin nümayəndəsi məlumat verib ki, «Google+» sosial şəbəkəsi əsasən müzakirələr üçün istifadə edilir və yeniliklər bu prosesi daha da sadələşdirməlidir. İndi "kolleksiyalar" və "cəmiyyətlər" funksiyasına önəm verilib, digərlərinə diqqət minimuma endirilib. Məsələn, istifadəçilər görüşlər yaratmaq və geonişan qoymaq imkanından məhrum edilib.
 
 
"Kolleksiyalar" funksiyası «Google+» sosial şəbəkəsinə mayda əlavə edilib, istifadəçilərin konkret marağı ilə əlaqədar müəyyən mövzu üzrə səhifələr yaratmağa imkan verir. İştirakçılar foto və video dərc edə, istinadlar yerləşdirə, həmçinin konkret "kolleksiya"lara abunə ola bilərlər. "Cəmiyyətlər" funksiyası sosial şəbəkəyə 3 il əvvəl əlavə olunub, bu funksiya insanlara onlara ümumi mövzunun müzakirəsi üçün qruplarda birləşməyə imkan verir.
 
 
Məlumat üçün bildirək ki, «Google+» sosial şəbəkəsi 2011-ci ilin iyununda yaradılıb, auditoriyası 400 milyon aktiv istifadəçi təşkil edir.
 
 
Emil Hüseynov




19/11/15    Çap et