Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni onlayn ödənişlər portalı istifadəyə verildi


“Modenis” şirkəti “E-manat” ödəniş sisteminin “E-manat.az” ödəniş portalını istifadəyə verib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, artıq ödəniş portalı vasitəsilə kommunal xidmət, mobil operator, internet, kabel televiziyası, oyun və s. ödənişləri tez, etibarlı və rahat şəkildə həyata keçirmək olar.
 
Yeni portalın istifadəyə verilməsi həm elektron ödənişlərə üstünlük verən ödəyicilər üçün etibarlı vasitə təqdim etmək, həm də ölkəmizdə elektron ödəniş xidmətlərindən istifadənin genişləndirilməsinə dəstək olmaq məqsədi daşıyır.
 
Gün ərzində ödənişlərin aparılması ilə bağlı heç bir vaxt məhdudiyyəti yoxdur. Qeyd edək ki, ödənişlər üçün istifadəçilərdən komissiya tutulmur.
 
Aynur Vəliyeva
 




20/11/15    Çap et