Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı tixacları “Google” xəritələrində öz əksini tapib


Dünyanın məşhur onlayn kartoqrafik servislərindən biri olan "Google Maps" Bakıda müşahidə olunan yolların yüklənməsini və tıxacları göstərməyə başlayıb.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, bu opsiya hələ ki, "iOS" mobil əlavələrdə və "Android" üzərində işləyən bəzi qurğularda mövcuddur.
 
Stolüstü kompüterlərdə istifadə edilən "maps.google.com" saytında "Traffic"/"Tıxaclar" opsiyası hələ ki, aktiv deyil.
 
Lakin bu istinada müraciət etdikdə tıxacları müşahidə etmək mümkündür.
 
Qeyd edək ki, Azərbaycanın "GoMap.az" onlayn xəritəsində də tıxacların olduğu istiqamətlər göstərilir.
 
Bundan başqa tıxaclar haqda məlumatla Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzinin "www.niim.az" saytında tanış olmaq mümkündür.
 
Aynur Vəliyeva
 




20/11/15    Çap et