Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bütün yerli qatarlarda “Wi-Fi” şəbəkəsi qurulacaq


"Azərbaycan Dəmir Yolları" QSC regionlar üzrə dəmir yolu stansiyalarında  kassalarda qatar biletlərinin onlayn satış sistemini tam tətbiq edib.
 
QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, biletlərin satış məntəqələrində terminallar quraşdırılıb, onların üzərindən biletlərin ödənişi həyata keçirilir. Terminal üzərindən kassir onlayn rejimdə sərnişin üçün gediş variantlarını seçir və dəmiryolu gediş sənədlərinin sifariş blankını tərtib edir.

Müəssisənin gələcək planlarına lokal sistemin Rusiya şəbəkəsinə qoşulması daxildir ki, bu da sərnişinlərə Rusiya daxili dəmiryolu nəqliyyatına bilet almağa imkan verir. Eyni zamanda QSC-nin internet resursu vasitəsilə biletlərin onlayn rejimdə qabaqcadan ayrılması da həyata keçirilir.
 
N.Əzməmmədov həmçinin Bakı-Sumqayıt qatarında olduğu kimi, yaxın gələcəkdə digər istiqamətdə hərəkət edən qatarlarda da “Wi-Fi” şəbəkəsinin qurulacağını bildirib.
 
RƏVAN
 




26/11/15    Çap et