Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Koreyada təyyarələr üçün ehtiyat hissələri üçölçülü printerlərlə hazırlanır


Cənubi Koreya Hərbi-Hava Qüvvələri (HHQ) döyüş təyyarələri üçün ehtiyat hissələrinin hazırlanması prosesində vəsait və vaxta qənaət məqsədilə üçölçülü printerlərdən istifadə edir.
 
Bu il 14 “F-15K” qırıcı təyyarəsinin mühərrik komponentləri - turbin çənbərləri dəyişdirilməklə təmir edilib. 
 
Məlumata görə, xaricdə istehsal olunan belə detalın bir ədədinin qiyməti 34 min 900 dollara yaxındır. Onun hazırlanması və idxalına iki ay vaxt sərf olunur. Üçölçülü printerlərdən istifadəni nəzərdə tutan yeni üsul qiyməti təxminən 3 min dollaradək azaldır və yeni detalı hazırlayaraq mühərrikdə quraşdırılması üçün 20 gün tələb olunur.

 
ABŞ-ın təyyarə mühərrikləri tədarükçüsü "GE Aviation” şirkəti üçölçülü printer vasitəsilə hazırlanan detalın keyfiyyətini və etibarlığını təsdiq edib.

 
Hərbi mütəxəssislərin hesablamalarına görə, texnologiyadan kütləvi istifadə Cənubi Koreyanın hərbi aviasiyasının təmir bazasının büdcəsinə ildə 100 min dollardan çox vəsaitə qənaət etməyə imkan verəcək, - “RİA Novosti”  yazır.




27/11/15    Çap et