Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Viber» artıq səhvən göndərilmiş mesajları silməyə imkan verir


Bəzən istifadəçi göndərdiyi mesaja görə sonra peşman olur. Bu, müxtəlif səbəblərdən ola bilər. «Viber» messencerinin son yeniləməsi bu problemi aradan qaldırmağa imkan verir.
 
 
«ICTnews» elektron xəbər xidməti «itc.ua» saytına istinadən yazır ki, indi mesajı göndərən qəbul edənin qurğusundan onu silmək imkanına malikdir. Bu halda göndərilmiş mesajın oxunub-oxunmaması əhəmiyyət kəsb etmir.

 




 


Həmçinin «Viber»in son yenilənməsində bir sıra yeni funksiyalar reallaşdırılıb. Məsələn, mesajlara fayl bərkitmək artıq əlçatandır. Bundan başqa, yeni ödəniş imkanları da əlavə olunub.
 
 
Emil Hüseynov




27/11/15    Çap et