Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Niderlandın əsas aeroportu işə robot qəbul edir


Bu həftə Amsterdamın əsas Shiphol aeroportunda “Spencer” adlı yeni robot qulluqçu işə başlayacaq.
 
Bu, robot texnikası tarixində robotun insanlarla uzun müddətə sıx təmasa buraxıldığı ilk hadisədir. İsveçin Erebru Universitetinin alimləri bu günlər ərzində qurğunun işini diqqətlə izləyərək onun zəif tərəflərini görməyə və hansı əlavə funksiyaların lazım olmasını anlamağa çalışacaqlar.

 
“Spencer”in başlıca və hazırda yeganə vəzifəsi aeroportda yolunu azan sərnişinlərə köməyin göstərilməsidir. Robot Shiphol kartı, eləcə də aeroportda olduğu yeri avtomatik müəyyənləşdirən funksiya ilə təchiz edilib. O, bu məlumatların köməyi ilə lazımi terminallara və eniş çıxışlarına yol açacaq. Sərnişinlərin radio ilə aeroportda belə yardımçının mövcudluğu barədə mütəmadi məlumatlandırılması nəzərdə tutulur.  

 
“Spencer” noyabrın 30-da işə başlayacaq, lakin müşahidəçi alimlər robotun aeroportdakı bir sıra obyektlərlə, məsələn, daimi maneə olmayan və öz yerini dəyişən baqaj arabaları ilə necə təmas qurmasından narahatdırlar. Bundan başqa, robotun insanların yanından ötərək onların davranışını necə başa düşəcəyi hələ ki tam aydın deyil. “Spencer”in iş təcrübəsi müsbət olsa, oxşar robotların daha geniş vəzifələri yerinə yetirmək üçün hazırlanması nəzərdə tutulur. Məsələn, muzeylərdə “Spencer”ə oxşar bələdçi robotların yaradılması mümkündür, - "www.dni24.com” yazır.




30/11/15    Çap et