Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan və Belarusun birgə buraxılışı olan poçt markaları nəşr olunub


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan və Belarusun birgə buraxılışı olan yeni poçt markalarını dövriyyəyə buraxıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Kosmos İT-nin xidmətində ” mövzusunda nəşr olunan poçt markalarından birinin üzərində Azərbaycanın telekommunikasiya peyki “Azerspace-1”, digərinin üzərində isə Belarus kosmik gəmisi “DZZ” təsvir olunub.
 
“Azerspace -1” peykinin əks olunduğu markanın nominal dəyəri 1 manat, “DZZ” kosmik gəmisinin təsvirinin yer aldığı markanın nominal dəyəri 0,5 manat təşkil edir.
 
CAHANGİR





01/12/15    Çap et