Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycandilli “Vikipediya”da müasir incəsənət ayına start verilib


Azərbaycandilli “Vikipediya” dekabr ayında müasir incəsənətlə bağlı məlumatlarla zənginləşdiriləcək.
 
“ICTnews” elektron xəbər xidmətinin “Vikipediya”ya istinadən verdiyi məlumata görə, “Müasir incəsənət ayı” - “Mövzulu ay” layihəsinin bir hissəsi kimi müasir incəsənət haqda məqalələrin yazılması üçün yaradılıb. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi də nəzərdə tutulub.

 
Layihə iştirakçıları “az.wikipedia.org/wiki/Vikipediya:Mövzulu_ay/Müasir_incəsənət_ayı/Plan”    səhifəsində nəzərdə tutulan, həmçinin orada olmayan, lakin müasir incəsənətlə bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər.
 

Xatırladaq ki, “Vikipediya”nın bir sıra digər dil bölmələrində - xüsusilə də rusdilli və ingilisdilli layihələrdə bu mövzu haqda daha çox məlumat mövcuddur.
 

Qeyd edək ki, sözügedən layihə “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilir.
 
CAHANGİR




03/12/15    Çap et