Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” tezliklə Flipboardun analoqunu təqdim edəcək


Veb-mənbələrin məlumatına əsasən, “Google” şirkəti sosial onlayn xidmətləri ilə bağlı bir sıra elanlar hazırlayır. Yeni məhsullardan biri, “Propeller” adı ilə tanınan proqram olacaq.

O, müxtəlif veb-mənbələrdən, həmçinin sosial şəbəkə saytlarından məlumatın toplanılması və onun illüstrasiya və bağlantılarla jurnal məqalələri şəklində əks edilməsi üçün nəzərdə tutulub. Yəni faktiki olaraq Flipboardun analoqu haqqında söhbət gedir.

“Propeller” proqramını “Android” əməliyyat sistemi ilə işləyən qurğularda və “iPad” planşetlərində istifadə etməyin mümkün olacağı güman edilir. “Google” nümayəndələri şəbəkədə çıxmış informasiyanı şərh etmirlər.




17/09/11    Çap et