Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Google Azərbaycanda axtarış serverlərini işə saldı


Google axtarış sistemi Delta Telecom (Azərbaycanın ilkin provayderi) şirkətinin DATA-mərkəzində quraşdırılmış serverlərin sınağını tamamlayıb.

Bu barədə "Delta Telecom"un texniki direktoru Rahid Ələkbərli məlumat verib. Onun sözlərinə görə, hazırda axtarış sisteminin serverləri regionda axtarış xidmətləri təqdimi üçün işə salınıb.

Axtarış sisteminin serverlərinin Azərbaycanda mövcud olması yerli istifadəçilər üçün axtarışın keyfiyyətini yüksəldəcək, belə ki, nəticələr çox böyük sürətlə yerinə yetiriləcək.

Bundan əvvəl Ələkbərli deyib ki, lazımi infrastrukturun "Delta Telecom"da mövcudluğu Google şirkətinin AzNET şirkətini seçməyinin əsas amili olub.

"Delta Telecom"un DATA-mərkəzi internet-mənbələrinin mühafizə edilməsi üçün ixtisaslaşdırılmış texniki meydançadır. Mərkəzin həndəsi sistemləri özündəki mənbələrin öz funksiyalarını gündəlik fasiləsiz yerinə yetirməyi təmin edir.




19/09/11    Çap et