Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən yaxşı proqramlar


Ənənəvi WWDC illik konfransında “Apple Design Awards 2011” çərçivəsində ən yaxşı proqramlar elan ediliblər.
iPhone, iPad və Mac OS X-ın hər biri üçün 3 proqram təqdirəlayiq görülüb. Bundan başqa, mobil platforma kateqoriyasında tələbələr tərəfindən yazılmış proqramlar da üstünlük qazanıb.
IPhone üçün İnfinity Blade və Cut the Rope oyunları, həmçinin qolfçular üçün Golfscape GPS Rangefinder proqramı ən yaxşı proqram kateqoriyasında lider olub. IPad üçün ən yaxşı proqramlar — Djay for iPad (yeni başlayan diceylər üçün musiqi proqramı), Osmos for iPad oyunu, Our Choice interaktiv kitabı, həmçinin xəbərlərin oxunması Pulse News Reader və beysbolun tarixi haqqında Pennant tələbə layihələridir.
Mac OS X üçün proqramlar kateqoriyasında mahnıların öyrənilməsi üçün nəzərdə tutulmuş Capo-nu, Pixelmator qrafik redaktorunu və Anomaly Warzone Earth oyununu qeyd ediblər.




10/06/11    Çap et