Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Si Cinpin: Dünya dövlətləri kiberməkanda törədilən cinayətlərə qarşı birgə mübarizə aparmalıdır


Çin Xalq Respublikasının sədri Si Cinpin Uçjen şəhərində keçirilən Dünya İnternet Konfransını açıq elan edərək bildirib ki, bütün dünya ölkələri təhlükəsiz internet mühitinin yaradılmasında maraqlıdır və kiberməkanda törədilən cinayətlərə qarşı birgə mübarizə aparmalıdırlar.
 
 
"Biz kiberməkanın ölkələr arasında yeni qarşıdurmaya səbəb olmasına və cinayət ocağına çevrilməsinə imkan verməməliyik. Ölkələr kiberməkanda törədilən cinayətlərə (terror aktları, pornoqrafiya, narkotik ticarəti, qumar oyunları) qarşı birgə mübarizə aparmalıdırlar", - Si Cinpin bildirib.
 
 
«ICTnews» elektron xəbər xidməti «itar-tass.com» resursuna istinadən xəbər verir ki, Çin Xalq Respublikasının sədri, həmçinin kiberməkanda başqa ölkələrin suverenliyinə və internetin inkişaf yoluna hörmət etməyə çağırıb.
 
 
"Başqa dövlətlərin təhlükəsizliyini təhdid edən kiberfəaliyyətdən imtina etmək lazımdır", - Çin lideri öz fikrini yekunlaşdırıb.
 
 
Emil Hüseynov





16/12/15    Çap et