Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yapon şirkəti cinayətkarları izləyən pilotsuz uçan aparat təqdim edib


Yaponiyanın “Secom” şirkəti xüsusi olaraq mühafizə üçün yaradılmış pilotsuz uçan aparat təqdim edib. Robot yalnız onun qoruduğu obyektə yaxınlaşan insan və maşınların şəklini çəkməyəcək, həmçinin onların sifətlərinin və ya nömrə nişanlarının təsvirini əldə etmək üçün avtomatik olaraq təqib edəcək.
 
“ICTnews” elektron xidməti “hi-news.ru” resursuna istinadən xəbər verir ki, mühafizə xidməti göstərən pilotsuz uçan aparatın sürəti hələ ki ürəkaçan olmasa da, lakin bu, mühafizə texnologiyalarının inkişafı istiqamətində atılmış böyük addımlardan biridir.
 
Qeyd edək ki, sözügedən pilotsuz uçan aparat şəxsi istifadə üçün nəzərdə tutulmayıb. Pilotsuz uçan aparatın qiyməti 6620 dollar, firma tərəfindən aylıq xidmət göstərilməsi isə 41 dollar təşkil edir.
 
Emil Hüseynov





17/12/15    Çap et