Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın ilk HD kanalı yayım formatına dəyişiklik edəcək


HD formatda fəaliyyət göstərən "CBC Sport"  telekanalı SD formatda da yayıma başlayacaq.
 
HD formatında  telekanal Bakı və Abşeron yarımadasında maneəsiz olaraq izlənilirdi.
Lakin digər şəhər və rayonlarda kanalı izləmək üçün ayrıca resiver (və ya HD tuner) almaq lazım gəlirdi.
 
Bunu nəzərə alaraq, "Azərbaycanın müxtəlif rayonlarında da "CBC Sport" kanalının izlənilməsi üçün formatda yenilik edib. Yaxın günlərdə Gəncə, Lerik, Şirvan, Quba, Ağsu, Zaqatala, Ağstafa, Şəki və Qəbələdə yerüstü sərbəst açıq yayımla bu telekanalı izləmək mümkün olacaq.
 
Qeyd edək ki, "CBC Sport" telekanalı əsasən futbol üzrə Azərbaycan Premyer Liqasını, İtaliya A Seriyasını, Hollandiya Erediviziyasını və Türkiyə Kubokunun görüşlərini tamaşaçılara çatdırır.
 
RƏVAN





17/12/15    Çap et