Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən populyar proqramlaşdırma dili hansıdır?


“TIOBE Software” şirkəti proqramlaşdırma dilləri üzrə növbəti populyarlıq reytinqini dərc edib.
 
Adıçəkilən şirkət reytinqin tərtibi zamanı proqramlaşdırma dillərinin  “Google”, “Bing”, “Yahoo”!, “Wikipedia”, “Amazon”, “Baidu” internet xidmətlərində “çəkisini” nəzərə alır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, “TIOBE Software” analitiklərinin qiymətləndirməsinə görə, indi peşəkar mühitdə proqramların yaradılması üçün ən populyar alət “Java” proqramlaşdırma dilidir: bir ildə reytinqdə göstəricisi 6 faiz artaraq 21,5 faiz təşkil edib. “C” proqramlaşdırma dili ikinci (16 faiz), “C++” dili üçüncü yeri tutub.
 
2015-ci ildə “Python”, “Visual Basic .NET” və “Delphi” proqramlaşdırma dillərində artım tempi müşahidə edilib.
 
Emil Hüseynov
 





09/01/16    Çap et