Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüterlərdəki fərdi məlumatların oğurlanması hallarının qarşısını necə almaq olar?


Günümüzdə  kompüterlərdəki fərdi məlumatlara icazəsiz giriş və bu məlumatların oğurlanması halları artmaqdadır. Bunun qarşısının alınması üçün müxtəlif addımlar atılmalıdır. Bunlardan biri də kompüterlərə “Firewall” quraşdırılmasıdır.
 
 
Rabitə və Yüksək  Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi bəyan edib ki, “Firewall” internetdən gələn təhlükələrə qarşı müdafiə üçün sistemə və şəbəkəyə girişi məhdudlaşdıran və ya əngəlləyən təhlükəsizlik sistemidir. Əvvəlcədən müəyyən olunmuş təhlükəsizlik qaydaları əsasında daxil olan və ötürülən şəbəkə trafikini monitorinq edən və ona nəzarət edən şəbəkə təhlükəsizliyi sistemi olan “Firewall” həm proqram təminatı (software), həm də aparat təminatı (hardware) kimi tətbiq oluna bilər. “Firewall” şəbəkəni təhlükəsiz saxlamağa imkan verir.
 
Bütün şəbəkə məkanları (ev, ofis, ictimai və ya domen) və şəbəkə əlaqələri üçün (Wi- Fi, şəbəkə kabeli) əməliyyat sistemlərinə uyğun olaraq “Firewall” aşağıdakı formalarda aktivləşdirilir:
 
            - “Windows” üçün
 
 
            - “Mac” üçün
 
 
- “Linux” üçün
 
 
       “Firewall” aktivləşdirildikdən sonra onun üzərində müəyyən qaydalar müəyyənləşdirilməlidir. Bu qaydalar aşağıdakı kimi təsnif edilə bilər:
 
<>··məsafədən giriş (remote login ) 
                            Elektron Təhlükəsizlik Mərkəzinin mütəxəssisləri bildirir ki, kompüterlərdəki şəxsi məlumatları qorumaq üçün “Firewall” sazlanmasından əlavə kompüterlərə antivirus proqramları da yazılmalıdır.   Həmçinin həm antivirus proqramı, həm də “Firewall” daim yenilənməlidir.




11/01/16    Çap et