Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” bütün mobil platformalarda qrup videozəngləri funksiyasını istifadəyə verəcək


Populyar “Skype” “VoIP” xidməti ödənişsiz videozənglərin istifadəyə verilməsinin onilliyini qeyd edir. Bununla əlaqədar şirkət bütün mobil əməliyyat sistemləri (“Android”, “iPhone”, “iPad” və “Windows 10”) üçün ödənişsiz qrup videozəngləri funksiyasını işə salmağı planlaşdırır.

Bu funksiya artıq 2 ildir masaüstü kompüter istifadəçiləri üçün əlçatandır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ain.ua” resursuna istinadən yazır ki, şirkətin məlumatına görə, indi “Skype” internet-telefoniya xidməti üzərindən edilmiş ödənişsiz kollektiv videoçatların ümumi müddəti 2 trilyon dəqiqə təşkil edir.
 





13/01/16    Çap et