Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Wi-Fi” dəstəkli kompyuter “siçan”ı


“Targus” şirkəti sentyabr ayının sonuna kimi hər şeydən əvvəl portativ kompyuterlər üçün istifadəyə hesablanmış “AMW58US” kompyuter “siçan”ının satışlarına başlayacaq.

Manipulyatorun xüsusiyyəti fərdi kompyuterlə məlumat mübadiləsi üçün tətbiq edilən “Wi-Fi” simsiz əlaqəsini dəstəkləməsidir. “Siçan” lazer tənzimləyici ilə təchiz olunub, iş prosesində istənilən səthdə dəqiq yerləşdirməni praktik olaraq təmin edir.

Elektrik enerjisi ilə təchiz olunma 2 batareya vasitəsilə həyata keçirilir, “Targus” iddia edir ki, batareyalar 1 il müddəti üçün kifayətdir.

“Windows” əməliyyat sistemləri ilə uyğunluğa zəmanət verilib. Manipulyatorun ölçüləri 82×56×25 millimetrdir. Onu 50 dollara almaq mümkündür.




19/09/11    Çap et