Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnsan beyninin tutumu internetdəki bütün məlumatların həcminə bərabərdir


Yeni araşdırmaya əsasən, insan beynində yaddaşın tutumu əvvəlki proqnozlarla müqayisədə 10 dəfə böyükdür.
 
"Bu, nevrologiya sahəsində əsl inqilabdır” – Bioloji Tədqiqatlar İnstitutunun alimi Solka Terri Seynovski belə hesab edir. Yeni həllərimizə əsasən müəyyənləşdirilib ki, insan beynində yaddaşın tutumu  10 dəfə böyük, ən azı 1 petabayt təşkil edir. Bu isə  bütün internetdəki məlumatların tutumuna bərabərdir.
 
Məlum olub ki, beyindəki sinapslar ölçülərini dəyişdirə bilərlər ki, bu da yaddaşın tutumuna təsir edir.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, alimlər bu ixtiradan kompüter sahəsindəki gələcək işlərdə istifadə edə bilərlər.
 
Emil Hüseynov
 

 
 
 




25/01/16    Çap et