Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AICT 2016” 10-cu Beynəlxalq Konfransı 12-14 oktyabr tarixlərində keçiriləcək


12-14 oktyabr 2016-cı il tarixlərində Bakı şəhərində “AICT 2016” 10-cu Beynəlxalq Konfransı keçiriləcək.

Konfrans İKT-nin təhsildə və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahələrində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamlarını bir araya gətirəcək.
 
Tədbirin əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş, dünyanın müxtəlif guşələrindən olan elm adamları və mühəndisləri eyni coğrafi məkana toplamaqdır.
 
Bu konfrans adı çəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada təqdim etmək, geniş dairəli məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur elmi konfranslardan biri olacaqdır.
 
“AICT 2016” konfransına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu, AMEA İdarəetmə Sistemləri İnstitutu, IEEE Azərbaycan şöbəsi və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutu (ABŞ) texniki dəstək verir.
 
Beynəlxalq Konfransın 10 illik yubileyi münasibətilə “AICT 2016” çərçivəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Konfransın əsas mövzuları aşağıdakılardır:
 




26/01/16    Çap et