Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın 5 ildə 1 terabitlik peyklər ucqar əraziləri sürətli internetlə təmin edəcək


“Viasat” şirkəti “Boeing” ilə birlikdə məlumatların terabit sürətlə ötürülməsini təmin edən 3 “Viasat-3” peykinin hazırlanmasını və orbitə buraxılmasını planlaşdırır.

Şirkət rəsmisinin sözlərinə görə, sözügedən 3 peyk indi orbitdə internetə qoşulmaq üçün istifadə olunan 400 kommersiya peyki ilə müqayisədə 2 dəfə yüksək buraxılış qabiliyyəti təmin edə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, bu peyklər Amerika, Avropa, Asiya və Afrika regionlarında internetə sürətli çıxışı təmin edəcək və yalnız yerüstü qurğularda deyil, həm də təyyarədə əlçatan olacaq.

Peyk internetindən istifadə zamanı ləngimə müddəti təxminən 300 millisaniyə təşkil edir və bu, məsələn, internet üzərindən oyunlar üçün əlverişli deyil.

Sözügedən peyklərin orbitə buraxılışı 2019-cui ilin sonuna planlaşdırılıb.

Emil Hüseynov





11/02/16    Çap et