Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən yaxşı antivirus hansıdır?


"MRG Effitas", "AV-TEST", "AV-Comparatives" və "Dennis Technology" adlı müstəqil laboratoriyalar müxtəlif antivirus proqramlarını sınaqdan keçirərək "TOP-3" adlı reytinqi tərtib ediblər. Ev, mobil və korporativ qurğular üçün 100 təhlükəsizlik sistemləri tədarükçüsü sınaqdan keçib.

"ICTnews" Elektron Xəbər Xidməti "psm7.com" saytına istinadən yazır ki, sınaq zamanı antivirus proqramlarının məlum olan və yeni təhdidlərin aşkar edilməsi, mobil qurğuların təhlükəsizliyinin təmini, uşaqlar üçün təhdidlərin bloklanması və fişinqdən müdafiə üzrə effektivliyi qiymətləndirilir.












































2015-ci ildə keçirilmiş 94 sınağın nəticəsinə görə, "Kasperski Laboratoriyası"nın həlli ən yaxşı antivirus elan edilib. Şirkətin məhsulu 82% halda başqa tədarükçülərin nəticəsini ötüb. 60 sınaqda "Kasperski Laboratoriyası" birinci pillədə qərarlaşıb. Rumıniyanın "BitDefender" şirkəti ikinci, Slovakiyanın "ESET" şirkəti isə üçüncü olub.

Emil Hüseynov





25/02/16    Çap et