Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sevimli Nar Nömrəsi ilə 5 qəpiyə 1 saat danışmaq imkanı


İndi Nar abunəçiləri sevimli Nar nömrəsini seçərək onunla hər zəng zamanı 1 saatadək cəmi 5 qəpiyə danışa bilərlər.
Abunəçilər xidməti aşağıdakı üsullardan biri ilə aktivləşdirə bilərlər: Mobil telefonun ekranında *777#31# nömrə#YES şifrəsini yığaraq; + 070 Sevimli etmək istədiyiniz nömrəni yazaraq, 777 nömrəsinə SMS göndərərək. Qeyd edək ki, Sevimli Nar Nömrəsi xidməti çərçivəsində edilən zəngin maksimal davamiyyəti 1 saatdır. Birinci saniyə pulsuz, ikinci saniyədən 1 saatadək hər zəngin qiyməti 5 qəpikdir. Bu xidmətdən yalnız “5 Qəpik” tarifinin abunəçiləri istifadə edə bilərlər. Sevimli nömrənin əlavə edilməsi və dəyişdirilməsinin qiyməti 1 manatdır.
Sevimli Nar Nömrəsi xidməti haqqında ətraflı məlumat üçün mobil telefondan *777#35#YES yığmaq, “?” yazaraq 777 nömrəsinə SMS göndərmək və ya www.NarMobile.az saytına daxil olmaq kifayətdir.




10/06/11    Çap et