Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” holoportasiya sistemini nümayiş etdirib


“Microsoft Research” tədqiqat bölməsi həmsöhbətlərin tam ölçüdə holoqrafik təsvirini yaratmaq qabiliyyətinə malik kommunikasiya sisteminin işini nümayiş etdirib. Bu sistem holoportasiya adlandırılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.com” saytına istinadən yazır ki, “Microsoft”un bu ixtirası hələ ki "Ulduz müharibələri" və başqa fantastik filmlərdə təsvir edilmiş texnologiyanın tam təzahürü deyil. “N+1” nəşri yazır ki, skan etmə üçün translyasiya olunan meydançanın ətrafında qurulmuş bir neçə “3D” kameradan istifadə olunur. Bundan başqa, çəkiliş aparılan kameraya səhnədə kameranın yerdəyişməsini izləyən və artırılmış reallıq məzmununu adi təsvirə əlavə etməyə imkan verən  qurğular qoşulur.

Dərc edilmiş videoçarxda şirkətin nümayəndəsi həmkarlarından biri ilə münasibət qurur və onunla salamlaşır. Məlumata əsasən, yeni sistem sanki xatirələrə daxil olaraq görüntünü canlandırır.



 
Emil Hüseynov





29/03/16    Çap et