Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Robotlar Palmira şəhərinin antik abidələrini bərpa edəcək


Robotlar Suriyada gedən hərbi əməliyyatlar zamanı Palmira şəhərinin məhv edilmiş memarlıq abidələrinin bərpasına kömək edəcək.  Əgər abidələri bərpa etmək mümkün olmasa, robotlar üçölçülü rəqəmli modellərə əsaslanaraq dünya tarixi və mədəniyyətinin şah əsərlərinin dəqiq surətini yenidən yaradacaq.

Artıq İtaliyada antik abidələrin rekonstruksiyası üzrə işlərə başlanılıb. Belə ki, robotlar Misirdən gətirilmiş mərmərin bloklarından II əsrin sonunda parfenonlular üzərində qələbənin şərəfinə ucaldılmış Roma zəfər tağlarının dəqiq nümunəsini yaratmağa çalışırlar. Xatırladaq ki, ötən ilin payızında Palmira şəhərinin antik abidələri terrorçular tərəfindən məhv edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, robotların apreldə bu işi bitirəcəyi, yayda isə 12 ton çəkisində konstruksiyanın müvəqqəti Londonun Trafalqar meydanına qoyulacağı gözlənilir. Daha sonra abidənin surətinin Nyu-Yorka daşınılması planlaşdırılır.

Palmira (Suriyanın antik Tadmor şəhəri) – YUNESKO tərəfindən Ümumdünya İrsi siyahısına daxil edilmiş dünyanın ən qədim şəhərlərindən biridir. Ötən ilin mayında İŞİD döyüşçüləri Palmira şəhərini zəbt etdikdən sonra qədim roma arxitekturasının bir çox nümunələrini məhv ediblər.

Emil Hüseynov




31/03/16    Çap et