Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “Facebook” istifadəçilərinin sayı artıq yarım milyonu ötüb


Sosial şəbəkələrin statistikası ilə məşğul olan “Socialbakers” Mərkəzi sonuncu nəticələrə görə növbəti dəfə ölkələr üzrə “Facebook” istifadəçilərinin sayını açıqlayıb.

Mərkəzin rəsmi saytında göstərilir ki, Azərbaycan 213 ölkə arasında 506,780 nəfər istifadəçi ilə 93-cü yerdə qərar tutub. Bunlardan 64%-i kişi, 36%-i isə qadındır. 6 ay əvvəl ilə müqayisədə istifadəçilərin sayı 181, 900 nəfər artıb.

Onu da qeyd edək ki, statistikaya görə, 155,7 milyon istifadəçi ilə ABŞ 1-ci yerdədir, 2-ci və 3-cü mövqelərdə isə müvafiq olaraq İndoneziya (40,1 milyon) və Hindistan (35,4) qərar tutub.




20/09/11    Çap et