Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Tesla” şirkəti yeni elektromobilini təqdim edib


ABŞ-ın “Tesla” şirkəti “Model 3” elektromobilini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “N+1" resursuna istinadən yazır ki, şirkətin dördüncü seriya elektromobilinin sürəti saatda 346 km olmaqla saatda 100 km sürəti təxminən 6 saniyəyə yığır. “Model 3” avtomatik idarəetmə və "Supercharger” sürətli enerji toplama rejimi funksiyalarını dəstəkləyir. Elektromobildə ön şüşədən baqajadək panorama örtüyü quraşdırılıb, salonun tutumu isə beş nəfər təşkil edir.

Bir müddət əvvəl şirkət təsisçisi İlon Mask bəyan edib ki, bu, təqdimatın yalnız birinci hissəsidir və elektromobil 2017-ci ilin ikinci rübündə seriyalı istehsalına başlananadək təkmilləşdiriləcək.

“Model 3” elektromobilinin qiyməti 35 min dollar təşkil edir, əvvəlcədən sifariş üçün 1000 dollar ilkin ödəniş tələb olunur.

Elektromobilin 2017-ci ildə seriyalı buraxılışına başlamaq nəzərdə tutulub.

Nizam Nuriyev  





01/04/16    Çap et