Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk olaraq Zaqatalada bütün kəndlər CDMA simsiz rabitəsi ilə təchiz edilib


Telekommunikasiya Qovşağının rəisi Məmməd Arazov artıq CDMA simsiz rabitəsinin bütün kəndləri əhatə etdiyini bildirib. İndi hər bir zaqatalalı istənilən kənddə belə simsiz telefon xidmətindən istifadə edə bilər.
Hazırda rayon üzrə 1510 CDMA abunəçisi var. Həyata keçirilən məqsədyönlü işlərin nəticəsində Zaqatala TKQ CDMA abunəçilərinin sayına və artım tempinə görə birinci qovşaqdır.
Yeri gəlmişkən qeyd edək ki, Aztelekom.net və Data Plus provayderləri birlikdə 800-ə yaxın abunəçini genişzolaqlı internet xidməti ilə təmin edir ki, bu da onlara fasiləsiz rabitə ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadə üçün şərait yaradır. Qovşaq bu göstəriciyə görə də öncüllər sırasındadır.




10/06/11    Çap et