Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tim Kukun “Apple” rəhbəri kimi ilk təqdimatı oktyabrda olacaq


“Apple” şirkəti oktyabr ayının 4-nə yeni nəsil “iPhone” smartfonunu təqdim etməyi planlaşdırıb. Bu barədə “All Things Digital” resursu bildirib.

Qeyd edək ki, “All Things Digital” adətən Amerika korporasiyası qurğularının elan tarixlərini düzgün qeyd edir. Yeni smartfonu “Apple” şirkətinin cari icraçı direktoru Tim Kukun elan edəcəyi iddia edilir.

“All Things Digital” mənbələri iddia edir ki, modelin satışları təqdimatdan sonra bir neçə həftə ərzində başlanacaq. Lakin resursun redaksiyası “Apple” şirkətinin tədbirin vaxtını digər tarixə keçirəcəyini də istisna etmir. Yeni “iPhone” smartfonu haqqında isə hələ ki, heç bir məlumat yoxdur.




22/09/11    Çap et