Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” sosial informasiyaları analiz edəcək


Məşhur “Twitter” mikrobloqlar xidməti sosial informasiyanın analizi üçün “Julpan” startapını aldığını elan edib. Sazişin maliyyə şərtləri açıqlanmayıb.

“Julpan” startapının banisi “Google”-un keçmiş əməkdaşı Ori Ellondur . Məlumat üçün qeyd edək ki, o, “Google” şirkətində əsas alqoritmlərdən birinin axtarış mühərrikinə inteqrasiyası üçün məsuliyyət daşıyırdı.

“Twitter” saziş çərçivəsində “Julpan” startapının bütün texnologiyalarını, həmçinin 12 şəxsdən ibarət olan komandasını alır. Ori Ellon “Twitter” şəbəkəsində hazırlamalar üzrə direktor vəzifəsini tutacaq.




22/09/11    Çap et