Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Antivirus proqram təminatının effektivliyinin artırılması üzrə yeni üsul hazırlanıb


Sinqapur alimləri antivirus proqram təminatının effektivliyinin artırılması üzrə yeni üsul hazırlayıblar. “ArXiv.org” portalında dərc edilmiş məqalədə təsvir edilmiş fasiləsiz kompüter təlimi texnologiyası sayəsində antivirus daima təkmilləşir, smartfon və ya planşeti zərərli proqram təminatından daha yaxşı müdafiə edir.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən xəbər verir ki, ənənəvi metodlar təhlil edilən proqramın xüsusiyyətlərini müəyyənləşdirir: hansı sistem çağırışları yerinə yetirilir, hansı proqram interfeyslərinə müraciətlər generasiya olunur, hansı imtiyazlar və resurslar istifadə olunur. Bundan sonra toplanmış məlumatlar hazır klassifikatorun dəyəri ilə müqayisə edilir və buna əsasən proqramın təhlükəli olub-olmaması ilə bağlı qərar çıxarılır.

Ənənəvi yanaşma zərərli proqram təminatının dəyişməz əlamətlərə malik olduğunu nəzərdə tutur. Reallıqda isə daima təkamül edir, həm də bu proses klassifikatorlarla müqayisədə daha sürətli baş verir. Klassifikatoru öyrətmək üçün böyükölçülü informasiyanı emal etmək lazımdır ki, bu da praktik baxımdan əlverişsizdir.

“DroidOL” adlanan yeni texnologiyanın əvvəlkilərdən əsas fərqi odur ki, “DroidOL” real vaxt rejimində öyrənir.

Antivirus 84% halda təhlükəni düzgün müəyyənləşdirib ki, bu da ənənəvi metodlarla müqayisədə 20% yüksək göstəricidir.

Emil Hüseynov




05/07/16    Çap et