Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda elektrik enerjisi üzrə internet-ödəniş sistemi işə salınıb


Azərbaycanın universal ödəniş sistemi Net Money "Bakıelektrikşəbəkə" ASC-nin istifadə olunmuş elektrik enerjisi üzrə internet-ödəniş xidmətini işə salıb. Bu Net Money şirkətindən bildirilib.

Yeni xidmət istifadə olunmuş elektrik enerjisinə görə borca dair məlumat əldə etmə imkanı verir. Bunun üçün abonent kodunu daxil etmək lazımdır.

Xidmətin ödənişi (hazırda bir sıra internet-servis-provayderlərin və yoxlanış üzrə xidmətlər) Net Money kartı vasitəsilə həyata keçirilir ki, bununla eyni zamanda digər saytlarda da əməliyyat aparmaq olar.




23/09/11    Çap et