Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” şirkəti oyun həvəskarlarını sevindirəcək


Yaponiyanın "Sony" şirkəti sentyabrın əvvəlində "PlayStation 4" oyun konsolunun iki versiyasını ictimaiyyətə təqdim edəcək.

"The Wall Street Journal" nəşrinin mənbələri yazır ki, yeni oyun konsollarından biri orijinal "PlayStation 4"-ün "slim" versiyasıdır, "PlayStation Neo" adlı ikinci versiya isə daha güclü texniki xüsusiyyətlərə malikdir. Təxmin edilir ki, "4K" təsvir ölçüsü, həmçinin oyunlarda daha güclü qrafikanı dəstəkləyəcək.

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, belə yüksək keyfiyyətli təsvir virtual reallıq eynəyini dəstəkləyən layihələr ("PlayStation VR") üçün lazımdır.

Orijinal "PlayStation 4" 2013-cü ilin noyabrında satışa çıxarılıb və o vaxtdan etibarən 40 milyondan çox nüsxəsi satılıb.

Emil Hüseynov





22/08/16    Çap et