Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung”u ittiham edirlər


Sənaye nəhəngi “Siemens”in filialı olan “Osram” şirkəti “Samsung LED Co”nu patent hüquqlarını pozmaqda günahlandırıb. Öz növbəsində Koreyanın “Samsung Electronics” şirkəti bu gün alman filialına qarşı cavab iddiası qaldırıb. İddia Seul şəhərinin Mərkəzi Dairə Məhkəməsinə verilib.
şİddia haqqında “Samsung” saytında bildirilib və hələ bu iş üzrə nə şirkətin özü, nə “Siemens”, nə də “Osram Korea” əlavə şərh verməyib. “Samsung” şirkəti adından məhkəmə iddiası 10 iyunda qeyd edilib və “Osram Samsung”un rəsmi bəyanatında bildirilib ki, şirkət heç vaxt “Osram” şirkətinin patent hüquqlarını pozmayıb.
Xatırladaq ki, “Osram”, həmçinin “LG Electronics” şirkətini də eyni iddiya üzrə ittiham edib.




13/06/11    Çap et