Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bluetooth və “Wi-Fi”-dan birgə istifadə implantasiya edilən qurğuların imkanlarını genişləndirəcək


Vaşinqton Universitetinin mühəndisləri internetə beyin implantları və “ağıllı” kontakt linzaları kimi azgüclü elektron qurğuların qoşulması üçün yeni üsul hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, implantasiya edilən elektron qurğuların kiçik ölçüləri və quraşdırılmasının çətinlikləri enerji mənbələrindən istifadəni məhdudlaşdırır ki, bu da belə texnologiyaların funksionallığını xeyli azaldır. Buna səbəb isə istənilən “ağıllı” qurğunun internetə sərbəst qoşulmasıdır. Lakin bu funksiyalar öz növbəsində böyük güc tələb edir. Məhz buna görə “ağıllı” kontakt linzaları kimi əksər texnologiyalar inkişaf edə bilməyib. Lakin Vaşinqton Universitetinin mühəndislərinin yeni texnologiyası sayəsində kiçik və azgüclü qurğular problemsiz internetə qoşula biləcək.

Mühəndislərin hazırladığı “Interscatter” rabitə sistemi qurğular arasında “Wi-Fi” bağlantısını əks etdirilən “Bluetooth” siqnalları vasitəsilə yaratmağa imkan verir ki, bu da oxşar qurğuların enerji sərfiyyatını xeyli azaldır. Alimlərin sözlərinə görə, “Interscatter” azgüclü qurğular arasında bağlantını artıq uzun müddətdir bütün müasir qurğularda quraşdırılan texnologiyalar vasitəsilə yaratmağa şərait yaradır. Tədqiqatçıların fikrincə, sistem standart metodlarla müqayisədə 10 min dəfə az enerji sərf edəcək “Wi-Fi” bağlantısı yarada bilir.  

Mühəndislər qrupunun rəhbəri Vamsi Talla bildirib ki, texnologiya “Wi-Fi” siqnallarını müstəqil generasiya etmək əvəzinə, “Wi-Fi”-ı yaxınlıqdakı mobil qurğulardan "Bluetooth” ötürməsi vasitəsilə yaradır.

Nizam Nuriyev







24/08/16    Çap et