Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni startap məişət tullantılarından təbii qaz əldə etməyə imkan verir


İsrail startapı məişət tullantılarından təbii qaz istehsal etməyi təklif edib. Bunun üçün hazırlanmış yığcam ölçüdə bioqaz bloku gündə 4-8 litrədək qaz istehsal edəcək ki, bu da mətbəx plitəsinin 2-4 saat ərzində işləməsinə kifayətdir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “HomeBiogas” adlı yeni ixtira zibil çənindən az fərqlənir. Amma bərpa olunan enerji mənbələrindən istifadə ilə əlaqədar çətinlik olan yerlərdə istifadə edilə bilər. Yəqin ki qənaət etməyi arzulayan başqa insanlar, həmçinin yeniliyi almaqdan imtina etməyəcək.

Yuxarıda qeyd edilmiş həcmdə təbii qaz istehsalı üçün bioqaz blokuna təxminən 6 kq məişət tullantısı daxil etmək kifayətdir.

Emil Hüseynov





29/08/16    Çap et