Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlar sürücülük vəsiqəsini əvəz edəcək


Hindistanda sürücülük vəsiqəsinin surətini “DigiLocker” adlı mobil proqrama yükləməyə icazə verilib. Beləliklə, sürücülər sənədlərin kağız versiyasını öz üzərində daşımalı olmayacaq, sadəcə, smartfonu yol patrul xidməti əməkdaşlarına göstərmək kifayət edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “therunet.com” saytına istinadən yazır ki, sürücülər bu gündən etibarən sürücülük vəsiqəsinin rəqəmli versiyasından istifadə edə biləcək. Mobil proqramda qeydiyyatdan keçmək üçün telefon nömrəsini daxil etmək lazımdır. "Sürücülük vəsiqəsi rəqəmli versiyaya keçir" – hindistanlı siyasətçi Ravi Şankar Prasad öz “Twitter” bloqunda yazıb.

“DigiLocker” mobil proqramı ötən il yaradılıb. Saxlanc xidmətində diplom və şəxsiyyəti təsdiq edən başqa rəsmi sənədləri yerləşdirmək mümkündür.

Emil Hüseynov





08/09/16    Çap et