Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2016-cı ilin sonuna dünya əhalisinin 47%-i internetdən istifadə edəcək


Hindistan ABŞ-ı ötərək dünyada ikinci ən böyük internet bazarına çevrilib. Bu ölkədə 333 milyon nəfər “ümumdünya hörümçək toru”na çıxışa malikdir. Birinci yerdə qərarlaşmış Çində 720 milyon insan internetdən istifadə edir. Ancaq bir çox hindli və çinli üçün internet hələ də əlçatmazdır.

“ICTnews” Elektron Xəbər Xidməti “un.org” xidmətinə istinadən yazır ki, YUNESKO və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ)nın himayəsi altında hazırlanmış "Genişzolaqlı rabitənin vəziyyəti" adlı yeni hesabatda bu haqda qeyd edilib.

Hesabatın müəllifləri bildirirlər ki, planetin internetə çıxış olmayan əhalisinin 55%-i Çin, Hindistan, İndoneziya, Pakistan, Banqladeş və Nigeriyanın payına düşür.

Hesabat 18 sentyabr tarixində Nyu-Yorkda keçiriləcək Genişzolaqlı Rabitə üzrə Komissiyanın 14-cü görüşü ərəfəsində dərc edilib.

Hesabat müəllifləri hesab edirlər ki, mobil telefonlar yüksəksürətli mobil genişzolaqlı rabitəyə çıxışı təmin etdiyi halda inkişafın irəliləyişi vasitələrindən biri ola bilər.

Məlumata əsasən, 2016-cı ilin sonuna 3.5 milyard nəfər istifadə edəcək ki, bu da dünya əhalisinin 47%-i deməkdir.

İslandiyada əhalinin 98.2%-i internetə çıxışa malikdir.

İndi dünyanın 90 ölkəsində əhalinin 50%-dən çoxu internetə çıxışa malikdir. 2015-ci ildə bu rəqəm 79-a bərabər idi. Sahara səhrasından cənubda yerləşən Afrika ölkələrində internetə çıxış üzrə ən aşağı səviyyə qeydə alınıb. Çad, Syerra Leone, Niger, Somali və Eritreyada əhalinin 3%-dən az hissəsi internetə çıxış imkanına malikdir.

Emil Hüseynov




16/09/16    Çap et