Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“TechCrunch” banisi startaplar haqqında yeni bloq istifadəyə verib


Ən məşhur ingilisdilli İT bloqun – “TechCrunch”un banisi Maykl Errinqton “Uncrunched” adlı yeni bloq istifadəyə verib.

Məlumat üçün qeyd edək ki, o, 6 il əvvəl yaratdığı şirkəti tərk edib. Errinqton “uncrunched.com” ünvanında bloqun istifadəyə verilməsini “Twitter” hesabında bildirib.

Errinqtonun sözlərinə görə, o, yeni “uncrunched.com” bloqunda əvvəllər olduğu kimi həminki mövzuları (startaplar, onları yaradan insanlar haqqında və s) yazmağı planlaşdırır.

Məlumat üçün qeyd edək ki, “TechCrunch” yaradıcısı onun tərəfindən yeni “CrunchFund” riskli fondunun yaradılması ilə bağlı qalmaqaldan sonra şirkəti tərk edib.




26/09/11    Çap et