Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry” smartfon istehsalından imtina etdi


Kanadanın “BlackBerry” şirkəti smartfon istehsalının dayandırılmasını elan edərək xidmət və proqram təminatının yaradılması ilə məşğul olmağa qərar verib.

"Biz öz strategiyamızda dönüş anına yaxınlaşırıq, maliyyə əsaslarımız güclüdür və proqram təminatı ilə məşğul olmağa qərar vermişik" –  “BlackBerry” şirkətinin baş direktoru Con Çen deyib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, baş direktorun sözlərinə görə, şirkət bu tədbirlər sayəsində kapitala olan tələbi azaltmağı və investisiyalardan gəlir əldə edilməsini yüksəltməyi nəzərdə tutur.
 
“BlackBerry” brendinə məxsus smartfonlar bazarda mövcud olacaq, amma şirkət bu qurğuları özü hazırlamayacaq.

Emil Hüseynov





29/09/16    Çap et