Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Keş yaddaşın idarəetməsi üzrə yeni üsul prosessorun məhsuldarlığını 9.5% artırıb


“Samsung Electronics” şirkəti və Şimali Karolina Universitetinin alimləri tərəfindən keş yaddaşın idarəetməsi üçün hazırlanmış yeni üsul məlumatların prosessorlar tərəfindən tapılması effektivliyini və sürətini yüksəltməyə imkan verib.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, kompüterdə qurulmuş proqramların idarəetməsi üçün lazımi məlumatların əsas hissəsinin əməli yaddaşda saxlanılmasına baxmayaraq, prosessor daima keş yaddaşdan istifadə edir, çünki ona müraciət daha sürətlidir. Keş yaddaşda məlumatlar makro bloklarda saxlanılır və bu, prosessora lazımi informasiyanın yerini müəyyənləşdirməyə imkan verir. Ancaq informasiyanın oxunması zamanı prosessor, həmçinin lazımsız məlumatları da oxuyur ki, bu da artıq vaxt və əlavə enerji xərci deməkdir.

“Samsung” şirkəti və Şimali Karolina Universitetinin alimlərindən ibarət komandanın yeni tədqiqat işi lazımi makro blokun prosessor tərəfindən tapılma dəqiqliyini artırmağa imkan verib.

“DFC” (“Dense Footprint Cache”) adlandırılmış yeni texnologiya keş yaddaşın idarəetməsi üzrə müasir metodlarla müqayisədə prosessorun məhsuldarlığını 9.5% yüksəltməyə və enerji sərfiyyatını 9.3% azaltmağa imkan verib.

Emil Hüseynov





30/09/16    Çap et