Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağıllı” şalvar insanlara hərəkət etməyə kömək edəcək


Bir sıra xroniki və genetik xəstəliklər hərəkət pozğunluğunun inkişafına səbəb ola bilər. Təkcə Avropada əlil arabasında gəzən 3,2 milyon, köməksiz hərəkət edə bilməyən 40 milyon insan yaşayır. Bu dəfə çəliksiz və ya qoltuqağacısız hərəkət edə bilməyən insanlara "ağıllı" şalvar yaradan robot texnikası kömək edəcək.

"ICTnews" Elektron Xəbər Xidməti "Populyarnaya Mexanika" resursuna istinadən yazır ki, "ХoSoft" adlanan "ağıllı" şalvar və ümumilikdə geyim sistemi mahiyyət etibarilə ayaqların aktivliyini saxlayan və əzələ atrofiyası xəstəliklərinin qarşısını alan yumşaq və modullu ekzoskeletdir. Xarici görünüşünə görə adi şalvarı xatırladan ekzoskelet qocalara və əlillərə hərəkətliliyi artırmağa kömək etməklə sağlamlıq vəziyyətini və həyat keyfiyyətini yaxşılaşdıra bilir.

Qabaqcıl parça və "ağıllı" materiallardan oynaqların hərəkətsizliyini və hərəkət azlığını hiss edəcək geyimin yaradılması üçün istifadə ediləcək. Quraşdırılmış sensorlar istifadəçiyə lazımi hərəkətləri etmək üçün idarəedici qurğu və gücləndirici vasitəsilə yardımçı olacaq. Bundan başqa, qurğu geyimi geyinənin istəyinə uyğun hərəkət sərbəstliyini təmin edəcək. Artıq Avropa İttifaqı və İsveçrə texnologiyanın hazırlanması üçün 5,4 milyon avro ayırıb.

Nizam Nuriyev 





01/10/16    Çap et