Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

MediaPad - zərif planşet (Vİdeo)


“Huawei” şirkəti bu gün internetə MediaPad planşetinə aid olan olduqca qəribə videoçarx yerləşdirib. Planşetin yalnız xarici görünüşü nümayiş olunub. Videoda qurğunun texniki xarakteristikaları haqqında heç bir informasiya yoxdur, “Huawei” texnoloji yenilik haqda 20 iyunda geniş məlumat verəcək. Həmin vaxt buraxılış tarixi və şirkətin ən incə və yüngül planşet adlandırdığı MediaPad-ın dəyəri məlum olacaq.
“ARMdevices” saytı “Huawei MediaPad” planşetinin alüminium korpusdan ibarət olduğunu, 1,2 və ya 1,5 QHz tezliklə işləyən 2 nüvəli Qualcomm prosessoru ilə təchiz edildiyini və Android 3.1 əməliyyat sisteminin nəzarəti altında işlədiyini güman edir.
Daha əvvəl bildirildiyi kimi, planşet 7 diaqonallı ekranla təchiz edilib









13/06/11    Çap et