Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” İrlandiyada beynəlxalq ofis açıb


“Twitter” sosial şəbəkəsi İrlandiyanın Dublin şəhərində beynəlxalq ofis açıb. Bundan əvvəl burada öz beynəlxalq ofislərini “Google”, “Facebook”, “Microsoft” və digər şirkətlər açıblar.

Ofisi məhz İrlandiyada açmaq cəhdi güzəştli vergi rejimi və digər tərəfdən Avropaya yaxın olmaq istəyi ilə izah olunur.

İrlandiyanın sənaye inkişaf agentliyi “Twitter”in ofisinin açılışı münasibəti ilə dərc etdiyi bəyanatda qeyd edib ki, bu şirkətin qərarını alqışlayır.

Hazırda “Twitter”in vakansiyalar haqqında bölməsində bildirilib ki, şirkət ştata təxminən 150 insan işə götürməyi planlaşdırır, lakin hələ ki İrlandiyada məhz nə qədər insanın işləyəcəyini demək qeyri-mümkündür.




27/09/11    Çap et