Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ilk modulyar pilotsuz uçan aparat yaradılıb


Pilotsuz uçan aparat (dron) bir çox hallarda böyük hündürlükdən yerə düşərkən sınır. "Makeblock" istehsalçılar komandası dünyada "Airblock"  adlı ilk modulyar dron yaratmaqla bu problemi orijinal üsulla həll ediblər. Yeniliyin prosessoru, motorları və rotorları bir ədəd penoplast çərçivə altında yığılıb və maqnitlərin köməyi ilə bir-birinə bərkidilib. Layihənin yaradıcıları öz həllini "Kickstarter" pul toplama resursunda yerləşdiriblər və bir gündən az müddət ərzində lazımi məbləğ toplanılıb.

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, dron mobil proqram ilə idarə olunur. "Airblock" adlı pilotsuz uçan aparatın modullarını istənilən kombinasiyada yığmaq və proqram kodunun köməyi ilə işə salmaq olar.

Emil Hüseynov





20/10/16    Çap et